Cümə axşamı, 17 Oktyabr 2024 14:39

Azərbaycan və Çin arasında aviadaşımaların inkişaf perspektivləri müzakirə edilib

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao arasında görüş keçirilib.

Görüş çərçivəsində Azərbaycan və Çin arasında aviadaşımaların inkişafı müzakirə edilib, həmçinin iki ölkə arasında sərnişin axınının artmasının müsbət dinamikası vurğulanıb. Bu barədə “Caspian Energy Media” AZAL-a istinadən xəbər verir.

Read 21 times