Cümə, 20 Sentyabr 2024 17:40

Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirir

Azərbaycan Səudiyyə İnkişaf Fondunun biznes vahidləri ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsini müzakirə edib.

“Caspian Energy Media” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib

"Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və həmkarlarını ölkəmizdə qarşılamaqdan məmnun olduq. Fondun dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğuladıq, prioritet sahələr üzrə yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsini və biznes vahidləri ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsini müzakirə etdik", - deyə o qeyd edib.

Read 9 times Last modified on Cümə, 20 Sentyabr 2024 13:46