Bazar ertəsi, 23 Sentyabr 2024 17:54

Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Astanada (Qazaxıstan) 24-26 sentyabr tarixlərində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 24-də “Füzuli-530” kitabının təqdimatı və etno-caz konserti keçiriləcək. Sentyabrın 25-də Qazaxıstan və Azərbaycanın milli kitabxanaları arasında memorandum imzalanacaq, həmçinin “Azərbaycan incəsənətinin inciləri” adlı sərginin açılışı və rəqs ansamblının konserti olacaq. Sentyabrın 26-da Azərbaycanın müasir incəsənəti və Tomris ikonoqrafiyası mövzusunda mühazirələr keçiriləcək.

Bu barədə “Caspian Energy Media” Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadən xəbər verir.

Read 15 times