Bazar ertəsi, 23 Sentyabr 2024 14:45

Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilib

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 sentyabrda Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən G20 Turizm Nazirlərinin Görüşü və Turizm üzrə işçi qrupunun 4-cü iclasında iştirak edib.

“Caspian Energy Media” Agentliyə istinadən xəbər verir ki, tədbir məkanında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə həsr edilmiş stend təşkil olunub. Stend ziyarətçiləri COP29 tədbiri və turizm günü tədbirləri barədə məlumatlandırılıblar.

Daha ətraflı

Read 407 times