Cümə axşamı, 17 Oktyabr 2024 11:13

SOCAR-ın prezidenti “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru ilə görüşüb

16 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşüb.

Görüşdə dekarbonizasiya, hasilat və nəql məsələləri müzakirə edilib. Tərəflər, həmçinin şirkətlər arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

Read 21 times