Çərşənbə, 17 İyul 2024 15:48

KOBİA nümayəndələrinin İspaniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib

KOB-lar arasında əməkdaşlığın, əlaqəli təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri İspaniyanın paytaxtı Madrid şəhərində səfərdə olublar.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilə İspaniyanın Sənaye və Turizm Nazirliyinin Sənaye strategiyası və KOB-larla iş üzrə direktoru Jordi Qarsia Brustenga, Ticarət Palatasının nümayəndələri, Biznes Təşkilatları Konfederasiyasının Beynəlxalq əlaqələr komissiyasının prezidenti Marta Blanko, İspaniya İxrac və İnvestisiya Təşkilatının (ICEX) “Invest in Spain” bölməsi üzrə direktor müavini Jesus Rubiera və Startaplar və KOB-lar üçün Maliyyələşdirmə Agentliyinin (ENISA) İdarə Heyətinin sədri Borja Kabezon arasında görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan və İspaniyanın işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Daha ətraflı

Read 335 times