Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə payız əkin mövsümünün ilk ağacəkmə aksiyası keçirilib.
Aksiyada 100-dən çox məktəbli, o cümlədən Memarlıq və İnşaat Universitetinin tələbələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaq Səfirlər Məclisi”nə üzv uşaqlar iştirak edib.
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Bu barədə “Caspian Energy Media” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.