Bazar ertəsi, 09 Sentyabr 2024 11:44

KOBİA "ACWA Power Azerbaijan Renewable Energy" ilə Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "ACWA Power Azerbaijan Renewable Energy" MMC arasında KOB-ların "yaşıl keçid"i üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Caspian Energy Media” "Report"a istinadən xəbər verir ki, sənədə Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda imza atılıb.

Memorandum KOB subyektlərinin "yaşıl iqtisadiyyat"a keçidinə dəstək məqsədilə birgə əməkdaşlığı nəzərdə tutur.

Read 68 times