İyun ayının 25-də energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Almaniyanın Xarici İşlər Nazirliyinin "H2-diplo - Dekarbonizasiya Diplomatiyası" təşəbbüsü çərçivəsində GIZ tərəfindən təşkil edilmiş tədbirdə açılış nitqi ilə çıxış edib.
Caspian Energy Media energetika nazirliyinə istinadən xəbər verir ki, çıxış zamanı COP29-un ev sahibi kimi Azərbaycanın strateji planları və təşəbbüsləri, enerji günündə həyata keçirilməsi planlanan tədbirlər haqqında məlumat verib. Azərbaycanda bu sahədə beynəlxalq tərəfdaşlarla görülən işlərdən bəhs edilib və Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində sadəcə yaşıl elektronların deyil, eyni zamanda yaşıl hidrogenin ixrac imkanlarının araşdırıldığı vurğulanıb.