Çərşənbə axşamı, 19 Noyabr 2024 12:16

10 ayda ölkədə yaşıl enerji istehsalı 80 faizdən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23 847,3 mln.kVt-saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 0,8% azdır.

“Caspian Energy Media” xəbər verir ki, hesabat dövründə elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarda 20 532,0 mln. kVt-saat, Su Elektrik Stansiyalarda 2 563 mln. kVt-saat, digər mənbələr üzrə isə 752,3 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 44,8 mln. kVt-saat, günəş elektrik stansiyalarında 515,3 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 192,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Beləliklə, 10 ay ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495 mln. kVt-saat artaraq 3 315,3 mln. kVt-saat təşkil edib.

Read 9 times