Azərbaycanın energetika naziri Pərviz Şahbazov BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə görüşüb.
Caspian Energy Media xəbər verir ki, bu barədə nazir rəsmi “X” hesabında paylaşım edib.
“Biz BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Şəfəq-Asiman” yataqlarında mövcud vəziyyəti və perspektivləri, AÇG-də dərin qaz laylarından gələn il hasilata başlanması çərçivəsində həyata keçirilən işləri dəyərləndirdik”, - paylaşımda qeyd edilib.