Çərşənbə axşamı, 04 İyun 2024 18:23

Caspian Energy jurnalı Prezident İlham Əliyevə təqdim edilib

Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına  Caspian Energy jurnalının yubiley nüsxəsini təqdim edib.

“Cənab Prezidentə Caspian Energy Club-ın və Caspian Energy International Media Group-un fəaliyyəti və gələcək planları barədə məlumat verildi. Eyni zamanda, sentyabr ayında işıq üzü görəcək Əsrin müqaviləsinə həsr edilmiş növbəti buraxılış haqda məlumat çatdırıldı”, - deyə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.

“Bu il Caspian Energy International Media Group üçün xüsusi önəm daşıyan tarixdir. Caspian Energy brendinin 25-ci ildönümüdür. Məhz 25 il öncə 1999-cu ildə Caspian Energy jurnalının ilk buraxılışı işıq üzü görmüşdür. İldönümümüz ərəfəsində cənab İlham Əliyevə Caspian Energy jurnalının yeni nüsxəsini təqdim etmək bizim üçün çox önəmlidir. Ümidvarıq ki, juranlda dərc edilmiş məqalə və müsahibələr cənab prezidentin diqqətini cəlb edərək, marağına səbəb olacaq”, - deyə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev vurğulayıb. O həmçinin əlavə edib ki, Caspian Energy jurnalının 120-ci buraxılışında OPEC-in Baş katibi Haysam Əl-Qaysın, İrlandiyanın Ətraf Mühit, İqlim, Rabitə və Nəqliyyat naziri İmon Rayanın, Avstriyanın İqlim Fəaliyyəti, Ətraf Mühit, Enerji, Mobillik, İnnovasiya və Texnologiyalar üzrə federal naziri Leonora Gevesslerin, Latviyanın İqlim və Enerji naziri Naziri Kaspars Melnisin  müsahibələri və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məqaləsi dərc olunub.

 

“Caspian Energy” jurnalı dünyanın 70 ölkəsində oxunur. Jurnalın hər nömrəsində MDB və Aİ ölkələrinin prezidentləri və baş nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələri, aparıcı ekspertlərin şərhləri və analitik materialları dərc olunur.

Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının beş aparıcı nəşri sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.

 

 

Read 295 times Last modified on Çərşənbə axşamı, 04 İyun 2024 15:51