Super User
Ceyhun Bayramov NATO-nun 75-ci ildönümü tədbirində iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidenti C.Baydenin ev sahibliyi etdiyi NATO-nun 75-ci ildönümü tədbirində iştirak edib.
Caspian Energy Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov rəsmi “X” hesabında bildirib.
“İşgüzar səfərim çərçivəsində POTUS-un ev sahibliyi etdiyi NATO-nun 75 illik yubiley tədbirinə qatılmağa şadam. SNT proqramı çərçivəsində faydalı əməkdaşlıq etdiyimiz NATO-nun 75-ci ildönümündə biz beynəlxalq təhlükəsizliyə töhfə vermək üçün tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”,- deyə nazir qeyd edib.
Azərbaycan millisinin üzvü Dünya Kubokunda mübarizə aparacaq
Azərbaycanın boccia millisinin üzvü Sona Ağayeva Dünya Kubokunda mübarizə aparacaq.
Caspian Energy Media "Report"a istinadla xəbər verir ki, S.Ağayeva BC2 kateqoriyasında yarışacaq.
Qeyd edək ki, Portuqaliyanın Povoa de Varzim şəhərində keçiriləcək Dünya Kubokuna bu gün start veriləcək.
Dünya birjalarında neft ucuzlaşıb
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,37 dollar azalaraq 84,29 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,30 dollar azalaraq 81,11 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,4 dollar və ya 1,55 faiz azalaraq, 88,89 dollar olub.
“Abşeron” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb
Abşeron qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1.5 mlrd. kubmetrdən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib.
Qeyd edək ki, bu barədə energetika naziri Pərviz Şahbazov rəsmi “X” hesabında bildirib.
“Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd. kubmetrdən 6 mlrd. Kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir”,- deyə nazir qeyd edib.
İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib
İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Caspian Energy Media president.az-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Özbəkistan Prezidenti BƏT-in rəhbərini qəbul edib
İyulun 9-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəyə işgüzar səfərə gələn Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Gilbert Hounqbonu qəbul edib. Bu barədə Caspian Energy Media Özbəkistan prezidentinin rəsmi saytına istinadən xəbər verir.
BƏT rəhbəri Özbəkistanın işçilərin hüquqlarının təmin edilməsində, iş yerlərinin açılmasında və beynəlxalq konvensiyaların implementasiyasında əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O qeyd edib ki, BƏT ölkənin bu sahədəki təcrübəsini beynəlxalq tədqiqat və tətbiq üçün uğurlu model kimi nəzərdən keçirir.
Президент Узбекистана принял главу МОТ
Президент Узбекистана Шавкат Мирзиёев 9 июля принял генерального директора Международной организации труда (МОТ) Жильбера Унгбо, прибывшего в страну с рабочим визитом. Об этом сообщает Caspian Energy Media со ссылкой на со ссылкой на Официальный сайт Президента Республики Узбекистан.
Глава МОТ высоко оценил достижения Узбекистана в обеспечении прав трудящихся, создании рабочих мест и имплементации международных конвенций. Он отметил, что организация рассматривает опыт страны в это сфере в качестве успешной модели для международного изучения и применения.
Группа компаний «СТП» объявляет конкурс на выбор торгового дистрибьютора
Компания STP Global Cable, входящая в группу, объявляет конкурс на получение статуса официального дистрибьютора по реализации кабельной продукции.
Согласно информации, предоставленной «Caspian Energy Media» группой компаний «СТП», по итогам конкурса будут выбраны компании, которые будут осуществлять эксклюзивную и стандартную дистрибуцию кабельной продукции. Соответствующие документы и предложения для участия в конкурсе, в закрытом и запечатанном конверте, должны быть представлены участниками в отдел закупок компании STP Global Cable расположенному по адресу поселок Г.З. Тагиева, город Сумгаит, до 25.07.2024-го года.
С условиями участие можно ознакомиться, перейдя по следующей ссылке: https://shorturl.at/NaMtF
Также участники могут получить подробную информацию о конкурсе, отправив электронное письмо в отдел закупок компании STP Global Cable ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ).
Подробную информацию обо всех продуктах и услугах, предоставляемых Группой компаний «СТП», можно получить, позвонив в Информационный центр *0990, посетив официальный сайт компании или страницы в социальных сетях.
Xəzərdə balıqların tələf olma səbəbi müəyyənləşib
Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Caspian Energy Media ekologiya nazirliyinə istinadən xəbər verir ki, Xidmətin və Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb.
Xidmət rəisinin sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək, 2.2-2.5 mq/litrədək (norma-6 mq/litr) azalıb və bu səbəbdən balıqlar tələf olub.