Çərşənbə, 10 İyul 2024 10:34

“Abşeron” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

Abşeron qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1.5 mlrd. kubmetrdən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib.

Qeyd edək ki, bu barədə energetika naziri Pərviz Şahbazov rəsmi “X” hesabında bildirib.

“Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd. kubmetrdən 6 mlrd. Kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir”,- deyə nazir qeyd edib.

Read 344 times