Super User
İlham Əliyevin Pakistana dövlət səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri iyulun 12-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Pakistanın daxili işlər naziri Syed Mohsin Raza Naqvi və digər rəsmi şəxslər yola saldılar.
Завершился государственный визит Президента Азербайджана Ильхама Алиева в Пакистан
12 июля завершился государственный визит Президента Азербайджанской Республики Ильхама Алиева в Исламскую Республику Пакистан. Об этом сообщает Caspian Energy Media со ссылкой на president.az.
От имени Президента Пакистана дан государственный прием в честь Президента Азербайджана
12 июля в Исламабаде от имени Президента Исламской Республики Пакистан Асифа Али Зардари дан государственный прием в честь Президента Азербайджанской Республики Ильхама Алиева. Об этом сообщает Caspian Energy Media со ссылкой на president.az.
В Исламабаде состоялась встреча Ильхама Алиева и Президента Пакистана Асифа Али Зардари в расширенном составе
12 июля в Исламабаде состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и Президента Исламской Республики Пакистан Асифа Али Зардари в расширенном составе.Об этом сообщает Caspian Energy Media со ссылкой на president.az.
Pakistan Prezidentinin adından Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
İyulun 12-də İslamabadda Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.
İlham Əliyevin İslamabadda Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub
İyulun 12-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub.
“Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üçün yeni müqavilə
bp Xəzər dənizində apardığı əməliyyatlara dəstək üçün “Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üzrə yeni müqavilə bağlandığını bu gün elan edib. Dəyəri 300 milyon dollardan artıq olan bu müqavilə “Saipem Contracting Netherlands B.V.” və onun tərəfdaşları olan“BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərindən ibarət konsorsiumla imzalanıb.
Caspian Energy Media bp-ə istinadla xəbər verir ki, müqavilə 2022-ci ildə başlamış rəqabət əsaslı tender prosesinin nəticəsində verilib və bp-nin və tərəfdaşlarının Xəzərdə öz dəniz əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini daha da artırmaq üçün düşünülmüş vahid gəmi strategiyasının məqsədlərinə uyğundur.
Budapeştdə Azərbaycan və Macarıstan kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstan Respublikasında rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri İstvan Nagy ilə görüşüb. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak ediblər.
Caspian Energy Media xəbər verir ki, görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Yarat-Tullantını azalt
Sabah, 13 iyul tarixində Abşeron Milli Parkında "Yarat-Tullantını azalt" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin sərgisi təşkil olunacaq.
Caspian Energy Media nazirliyə istinadla xəbər verir ki, ətraf mühitin tullantı yükünün azaldılmasına, təkrar istifadənin, təkrar emalın təşviqinə hədəflənən sərgidə tullantılardan sənət əsərlərinə çevrilən eksponatlar təkrar istifadənin nümunəsi olaraq təqdim ediləcək.
“ETSN-nin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, "EkoSfera" Sosial Ekoloji Mərkəzin və "Forest school Azerbaijan"ın dəstəyi ilə keçiriləcək tədbirdə, eyni zamanda tullantılardan müxtəlif əşyalar hazırlanaraq nümayiş olunacaq”.
İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Pakistanın Baş naziri çıxış etdi. Sonra dövlətimizin başçısı bəyanatla çıxış etdi.