Super User

Super User

Cümə, 26 İyul 2024 09:48

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,41 dollar və ya 0,48 faiz azalaraq 85,34 dollar olub.

İyulun 24-də Bakıda Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.

Caspian Energy Media nazirliyə istinadla xəbər verir ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev çıxış edib.

Məlumat üçün bildirək ki, sözügedən Yol Xəritəsi 9 iyul 2024-cü il tarixində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sədri tərəfindən təsdiq edilib.

Daha ətraflı

Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Caspian Energy Media nazirliyə istinadla xəbər verir ki, komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Nikola Selakoviçin görüşündə iki ölkə arasında əməkdaşlıq əlaqələrinə, ötən dövrdə ikitərəfli əlaqələrin inkişafı sahəsində görülmüş işlərə, Komissiyanın 8-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Komissiyanın həmsədrləri iclasın yekunlarına dair Protokolu imzalayıblar. Sənəddə müxtəlif sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əhatə olunur.

Daha ətraflı

Ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının ədliyyə, rəqəmsal və kibertəhlükəsizlik üzrə nümayəndə heyəti DOST Agentliyində olub.

Caspian Energy Media Agentliyə istinadla xəbər verir ki, görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Daha ətraflı

İyulun 24-də UNESCO-nun təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində idman nazirlərinin "Change the Games" beynəlxalq forumu keçirilib. Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində baş tutan Forumda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub.

Caspian Energy Media nazirliyə istinadla xəbər verir ki, UNESCO-nun ofisində həmçinin Azərbaycan və Qambiya arasında gənclər və idman sahələrində əməkdaşlıq memorandumu imzalanıb. Sənədi nazir Fərid Qayıbov və Qambiyanın idman və gənclər naziri Bakar Bodji imzalayıblar.

Daha ətraflı

“Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb.

Caspian Energy Media İZİA-ya istinadla xəbər verir ki, müəssisədə qan depolama və test qablarının istehsalı həyata keçiriləcək. İnvestisiya həcmi 4 milyon manat olan müəssisədə 40 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının Azərbaycan tərəfindən həmsədri İbrahim Alısoy və Qazaxıstan tərəfindən yeni təyin olunan həmsədri Dauren Bimov, o cümlədən hər iki ölkədən mebel istehsalı, səhiyyə, hüquq və nəqliyyat-logistika sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Caspian Energy Media AZPROMO-ya istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi, biznes tərəfdaşlığının intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Daha ətraflı

 

Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 23 iyul 2024-cü il tarixli Sərəncamı ilə Muxtar Respublika İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Cavid Kəngərli kollektivə təqdim olunub.

Caspian Energy Media “DVX”yə istinadla xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar. 

Daha ətraflı

Cümə axşamı, 25 İyul 2024 15:02

“Kapital Bank” 150 yaşında!

24 iyul ölkənin birinci bankı olan "Kapital Bank"ın yaranması günüdür. Bu münasibətlə “Caspian Energy Club” ailəsi olaraq "Kapital Bank" ailəsini təbrik edirik. Gələcəkdə də ardıcıl inkişaf və böyük nailiyyətlər arzulayırıq!

"Kapital Bank"ın ilk xidmət məntəqəsi 1874-cü ildə Bakıda əmanət kassası kimi yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski idi. Uçot Komitəsinin tərkibi isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılarla təmsil olunurdu.

Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi. 1920-ci ilin 28 aprelində ADR-in süqutunn ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi.

11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı. 21 fevral 2000-ci ildə isə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində, Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı.

Hazırda “Kapital Bank” Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur və 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.

Caspian Energy Media Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev görüşdə iştirak edib.

Daha ətraflı