Cümə axşamı, 25 İyul 2024 16:03

“Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib

“Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb.

Caspian Energy Media İZİA-ya istinadla xəbər verir ki, müəssisədə qan depolama və test qablarının istehsalı həyata keçiriləcək. İnvestisiya həcmi 4 milyon manat olan müəssisədə 40 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Read 131 times