Super User

Super User

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirməyə başlayıb.

Caspian Energy Media “Azəriqaz”a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan bütün ərazilərdə əsaslı quruculuq işləri davam edir. “Azəriqaz” da infrastrukturun yenidən qurulması istiqamətində bir sıra lazımi işləri həyata keçirir.

Daha ətraflı

17 августа Президент Турецкой Республики Реджеп Тайип Эрдоган позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

Отметив, что в Турции высоко оценивают готовность Азербайджана оказать необходимую поддержку для пресечения произошедших в стране лесных пожаров, Президент Реджеп Тайип Эрдоган подчеркнул, что для тушения пожаров возникла потребность именно в самолете-амфибии Бе-200ЧС, и выразил признательность за решение об отправке такого самолета из Азербайджана в Турцию. Президент Турции расценил это как очередное проявление братских отношений и стратегического союзничества между нашими странами.

Как сообщает Caspian Energy Media со ссылкой на официальный сайт главы Азербайджанского государства, в ходе телефонного разговора состоялся обмен мнениями о перспективах азербайджано-турецких дружественных, братских и союзнических отношений.

2024-cü ilin 7 ayı ərzində (yanvar-iyun) Azərbaycandan 139 milyon 524 min dollar dəyərində 116 min 935 ton pomidor ixrac edilib.

Caspian Energy Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin 7 ayı ərzində 2023-cü ilin 7 ayı ilə müqayisədə Azərbaycandan pomidor ixracı dəyər ifadəsilə 15 milyon 357 min dollar və ya 12,4%, miqdar ifadəsilə 5 min 65 ton və ya 4,5% artıb.

2023-cü ilin 7 ayında Azərbaycandan 124 milyon 1667 min dollar dəyərində 111 min 871 ton pomidor ixrac edilmişdi.

SABAH.HUB İnnovasiya Mərkəzi 25 milyon dollarlıq vençur kapital fondu olan “SABAH.fund”-ın yaradılmasını edib.

Caspian Energy Media “Marja.az”a istinadla xəbər verir ki,fond, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarını əhatə edən ilk vençur kapital fondu olaraq ilkin investisiya mərhələsinin bağlanışında (“first close”) 11 milyon dollar cəlb etməklə Azərbaycanın ən böyük vençur kapital fonduna çevrilmişdir.

“SABAH.fund”-ın əsas tərəfdaşları Rəhim Bayramlı və Abbas Kazmidir, investorları arasında isə "Moonwake Investment", SOCAR, "Integrity Group", Azərbaycan İnvestisiya Şirkəti və digər şirkətlər yer alır.

Daha ətraflı

Azərbaycanın "PAŞA Bank" ASC-nin Gürcüstanda törəmə bankı olan "PASHA Bank Georgia" (PAŞA Bank Gürcüstan) 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 589 min lari (cari məzənnə ilə 1 milyon 639 min manat) xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin 1-ci yarısını 2 milyon 469 min lari (cari məzənnə ilə 1 milyon 563 min manat) xalis zərər ilə bağlamışdı.

Caspian Energy Media “Marja.az”a istinadla xəbər verir ki,2024-cü ilin 1-ci yarısında "PASHA Bank Georgia"nın faiz gəlirləri 24 milyon 584 min lari (2023-cü ilin ilk 6 ayında 26 milyon 643 lari), qeyri-faiz gəlirləri 8 milyon 224 lari (2024-cü ilin ilk 6 ayında 5 milyon 406 min lari) təşkil edib.

Faizli aktivlər üzrə kredit itkisinin 4 dəfə azalaraq 4 milyon 899 min larindən 1 milyon 232 min lariyə düşməsi Bankın xalis mənfəətə çıxmasına böyük kömək edib.

Cari məzənnə 1 lari = 0.6332 manat

Qeyd edək ki, "PAŞA Bank" ASC-nin Tükiyədəki törəmə bankı (PAŞA Bank Türkiyə) 2024-cü ilin ilk 6 ayını 255,3 milyon Türk lirəsi (cari məzənnə ilə 12 milyon 892 min manat) xalis mənfəət ilə başa vurub. 30 İyun 2024-cü il tarixində "PAŞA Bank Türkiyə"nin cəmi aktivləri 10 milyard 431 milyon türk lirəsinə (cari məzənnə ilə 526 milyon 765 min manata) çatıb.

"YES Travel" agentliyi artıq turizm kurslarının tədrisinə başlayır. “Caspian Energy Media”ya verilən məlumata görə, 26 Avqust tarixindən etibarən ilk qrupla təlimlərə start verilir.

Kurs 3 proqramı əhatə edir:

·        Aviakassir təlimi (Aviabiletlərin rəsmiləşdirilməsi)

·        Tur menecer təlimi (Tur paketlərin yığılması)

·        Viza təlimi (Müxtəlif ölkələrə viza dəstəyi xidməti)

Əlavə üstünlüklər:

Kursu müvəffəqiyyətlə bitirən və yaxşı nəticə əldə edən tələbələr üçün beynəlxalq sertifikat və işlə təmin olunma şansı.

Turoperatorlarla görüş və müzakirələr.

“SmFreshOil” brendi sağlam, qatqısız qida məhsullarının istehsalı və satışı ilə məşğuldur. Artıq 6 ilə yaxındır ki fəaliyyət göstərir və məhsulları ölkəmizdə iri marketlər şəbəkəsində satışa təqdim edilir. Brendin təsisçisi, həkim- qidalanma üzrə mütəxəssis  Maya xanım Səbzəliyeva müxtəlif xəstəliklərin qarşısını almaq üçün məcunlar və qarışımlar hazırlayır.

“Caspian Energy Media”ya verilən məlumata görə, yeni  “MetaFitDetox” adlı məhsul isə özündə 3 xüsusiyyəti cəmləşdirir:

·        Meta - metabolizmi sürətləndirir.

·        Fit - formada qalmağa kömək edir.

·        Detox - orqanizmdən şlakları təmizləyərək detoks etməyə kömək olur.

Tərkibi yalnız təbii inqredientlərdən təşkil olunub. Tərkibindəki  matça çayı, zəncəfil, darçın, psilium, gicitkən və morinqa sayəsində cavanlaşdırırcı və ödəm atıcı effektə malik olub, piylərin parçalanmasını sürətləndirərərk çəki itirməyə kömək edir.

Qeyd edək ki, “SmFreshOil “ - sağlam qida məhsullarının istehsalı və satışı ilə məşğuldur. Bütün məhsullar şəkərsiz, qlütensiz, konservantsızdır. Əsas çeşidlər- soyuq sıxım yağlar, qlütensiz unlar, çərəzlərdən əzmələr, müxtəlif məcunlardır.

 

 

Avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib.

Caspian Energy Media Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha ətraflı

 

 

 

Dövlət bankı Azər-Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir. Bank “Rəqəmsal X” adlanan filialını müştərilərinin ixtiyarına verib.

Müasir tipli bu yeni ofis paytaxtın Nəsimi rayonu ərazisində, Bankın əsas binasının yaxınlığında, Akademik Həsən Əliyev küçəsi, 10F ünvanında yerləşir.

Bankın digər rəqəmsal ofislərində olduğu kimi, bu filialda da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur, müştərilərə kreditlər və ödəniş kartlarının əldə edilməsi daxil olmaqla müxtəlif bank xidmətləri göstərilir.

Həmçinin müştərilər bu filialda təmassız əməliyyatları dəstəkləyən yeni nəsil terminal və ATM-lər vasitəsilə kart hesabları üzrə əməliyyatları 7/24 rejimində yerinə yetirə biləcəklər.

Bu barədə Caspian Energy Media Azər-Türk Bank-a istinadən xəbər verir.

Azər-Türk Bank продолжает расширять сеть обслуживания и представил клиентам новый филиал “Rəqəmsal X”. Об этом сообщает Caspian Energy Media со ссылкой на Azər-Türk Bank.

Этот новый, современный офис расположен в Насиминском районе столицы, недалеко от главного здания Банка, на улице Академика Гасана Алиева, 10Ф.

Как и в других цифровых офисах банка, в этом филиале также предоставляются различные банковские продукты, услуги и операции в электронном формате, включая получение кредитов и платежных карт.

В этом отделении клиенты смогут совершать операции по своим карточным счетам в режиме 24/7, посредством терминалов и банкоматов нового поколения, поддерживающих бесконтактные операции.