Dövlət bankı Azər-Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir. Bank “Rəqəmsal X” adlanan filialını müştərilərinin ixtiyarına verib.
Müasir tipli bu yeni ofis paytaxtın Nəsimi rayonu ərazisində, Bankın əsas binasının yaxınlığında, Akademik Həsən Əliyev küçəsi, 10F ünvanında yerləşir.
Bankın digər rəqəmsal ofislərində olduğu kimi, bu filialda da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur, müştərilərə kreditlər və ödəniş kartlarının əldə edilməsi daxil olmaqla müxtəlif bank xidmətləri göstərilir.
Həmçinin müştərilər bu filialda təmassız əməliyyatları dəstəkləyən yeni nəsil terminal və ATM-lər vasitəsilə kart hesabları üzrə əməliyyatları 7/24 rejimində yerinə yetirə biləcəklər.
Bu barədə Caspian Energy Media Azər-Türk Bank-a istinadən xəbər verir.