Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirməyə başlayıb.
Caspian Energy Media “Azəriqaz”a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan bütün ərazilərdə əsaslı quruculuq işləri davam edir. “Azəriqaz” da infrastrukturun yenidən qurulması istiqamətində bir sıra lazımi işləri həyata keçirir.