Super User
“Bazarstore” “Füzulidə yay məktəbi” layihəsində iştirak edib
Pərakənda satış sahəsində öz sözünü demiş, istehlakçıların sevimli marketi olan “Bazarstore” sosial layihələrin keçirilməsinə daim dəstək olur.
“Caspian Energy Media”ya verilən məlumata görə, Füzuli şəhərində Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Füzulidə yay məktəbi” layihəsinin ərsəyə gəlməsində “Bazarstore” marketlər şəbəkəsi də dəstək olub.
Ölkəmizdə təşkil edilən müxtəlif mədəniyyət və sosial layihələrin həyata keçirilməsinə dəstək verən adıçəkilən marketlər şəbəkəsi tədbir günlərində layihə iştirakçılarının qida təminatını həyata keçirib.
Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” 13 ildir davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və üstün xidmətilə ümumilikdə 94 mağaza və 3800-ə yaxın çalışanı ilə öz müştərilərinə xidmət göstərir.
Bu ilin yanvar-iyul ayları ərzində 207.669 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
2024-cü ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207.669 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
"Caspian Energy Media" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 % azdır.
7 aylıq göstəricinin 33 572-si (16,1 %) ilkin, 174 097-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşüb.
2024-cü ilin ilk 7 ayında fərdi yaşayış və bağ evi üzərində - 33.395, mənzil üzərində - 46.933, torpaq sahəsi – 120.079, qeyri-yaşayış binası – 1.921, qeyri-yaşayış sahəsi – 4.863, əmlak kompleksi - 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 54.558-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-iyul ayları ərzində 154.905 texniki pasport tərtib edilib, 41.226 ipoteka müqaviləsi qeydiyyata alınıb.
İsti günlərdə yanğına həssas bölgələr açıqlanıb
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 22-23-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
“Caspian Energy Media” nazirliyə istinadla xəbər verir ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.
“Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir, Tərtərdə yüksək, Ağstafa, Naftalan, Ağdamda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Şahdağ, Xızıda orta, Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəranda orta, Yardımlı, Astarada isə yüksək yanğın təhlükəsi müəyyən edilib”.
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
Avqustun 21-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması ilə bağlı müzakirə aparılıb.
“Caspian Energy Media” Mədəniyyət nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması, yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.
Yerli kino sənayesinin inkişafı dublyaj infrastrukturunun dəstəklənməsini, yeni iş yerlərinin açılmasını və müasir rəqəmsal məkanda Azərbaycan dilinin dəstəklənməsi üçün əsas prioritet olan bu seqmentdə biznesin stimullaşdırılmasını nəzərdə tutur. Bu məqsədlər üçün “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində xüsusi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
https://caspianenergy.net/index.php/az/caspian-energy-journal/itemlist/user/43-superuser?start=1260#sigProGalleriaac027e9f65
Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilir
Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb.
“Caspian Energy Media” “Report”a istinadla xəbər verir ki, tədbirin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.
İki gün davam edəcək forumda Azərbaycanı 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edir.
Forum çərçivəsində “Made in Azerbaijan” sərgisi də təşkil olunacaq.
“Zirə” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq.
“Caspian Energy Media” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Nikosiyada Kiprin “Omoniya” kollektivi ilə qarşılaşacaq. GSP stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Estoniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Premyer Liqa: IV turun təyinatları açıqlanıb
Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək oyunların təyinatları bəlli olub.
"Caspian Energy Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” – “Turan Tovuz” matçını Fərid Hacıyev idarə edəcək.
23 avqust
“Səbail” – “Kəpəz”
ASCO Arena. Saat 19:00
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Asiman Əzizli, Elvin Bayramov
VAR: Rauf Cabbarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
24 avqust
“Qarabağ” – “Turan Tovuz”
Azərsun Arena. Saat 18:15
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Araz Naxçıvan” – “Neftçi”
Liv Bona Dea Arena. Saat 20:30
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
25 avqust
“Sabah” – “Sumqayıt”
Bank Respublika Arena. Saat 18:15
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Zirə” – “Şamaxı”
Zirə İK stadionu. Saat 20:30
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Azərbaycan neftinin qiyməti artıb
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
“Caspian Energy Media” AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,17 dollar və ya 0,21 faiz artaraq 79,52 dollar olub.
“Sənaye 4.0 Hazırlıq Proqramı”nın pilot mərhələsi üçün müraciətlərin qəbuluna başlanılıb
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Sənaye 4.0 Hazırlıq Proqramı” (S4HP) çərçivəsində tərəfdaş şirkətlərlə əməkdaşlıq üçün müraciət qəbuluna start verir.
“Caspian Energy Media” mərkəzin yaydığı məlumata istinadən xəbər verir ki, S4HP-nin məqsədi şirkətlərin "Sənaye 4.0" hazırlığına dəstək etmək və iqtisadi artıma nail olmaqdan ibarətdir.
Tərəfdaş şirkətlər beynəlxalq ekspertlərin iştirakı ilə bacarıqların artırılması sessiyalarına cəlb olunacaqlar. S4HP çərçivəsində yerli şirkətlər proqram tərəfdaşı kimi təsdiqlənmək imkanı əldə edəcəklər.
“Bakı Mərmər Qranit” MMC özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkənin tikinti materialları sənayesi sektorunda fəaliyyət göstərən daha bir müəssisənin - “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus paylarının satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi müəyyənləşib. Müsabiqə qalibi 10 milyon 500 min manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.
“Caspian Energy Media” İZİA-ya istinadla xəbər verir ki, İnvestisiya Proqramının icrası müəssisədə ən azı 100 yeni iş yerinin açılmasına imkan yaradacaq.