Cümə axşamı, 22 Avqust 2024 10:36

Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub

Avqustun 21-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması ilə bağlı müzakirə aparılıb.

“Caspian Energy Media” Mədəniyyət nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması, yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.

Yerli kino sənayesinin inkişafı dublyaj infrastrukturunun dəstəklənməsini, yeni iş yerlərinin açılmasını və müasir rəqəmsal məkanda Azərbaycan dilinin dəstəklənməsi üçün əsas prioritet olan bu seqmentdə biznesin stimullaşdırılmasını nəzərdə tutur. Bu məqsədlər üçün “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində xüsusi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Read 66 times