Super User
Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərində 8-ci Çin-Avrasiya sərgisi keçirilir.
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, ökəmizin Çindəki səfirliyi və Ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə sərgidə "Made in Azerbaijan" vahid ölkə pavilyonu qurulub. Pavilyonda 6 şirkətin 40-a yaxın məhsulu nümayiş olunur.
İyunun 26-da başlayan və 5 gün davam edəcək sərgidə yerli şirkətlərlə Azərbaycan məhsullarının idxalına dair danışlqlar aparılacaq.
BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb
İyunun 25-də Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli, hər iki qurumun rəhbər şəxsləri, o cümlədən professor-müəllim heyəti iştirak edib.
Caspian Energy Media elm və təhsil nazirliyinə istinadən xəbər verirki, sənəd qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-praktiki əlaqələrin qurulması, inkişaf etdirilməsi, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və digər istiqamətlərdə əməkdaşlıq məqsədi daşıyır.
“By Youth For Youth” Beynəlxalq Forumu öz işini yekunlaşdırıb
İyunun 25-də Şuşada start verilən "By Youth For Youth" (Gənclərdən gənclər üçün) Beynəlxalq Forumu ertəsi gün Bakıda başa çatıb.
Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və ICESCO-nun birgə təşkilatçılığı ilə təşkil olunan tədbir panel iclaslar, müzakirələr və təqdimatlarla davam edib.
Caspian Energy Media nazirliyə istinadən xəbər verirki, Şuşada və Bakıda iki gün davam edən forumda müxtəlif dövlətlərin yüksək vəzifəli nümayəndələri, rəsmi qonaqlar və ICESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edib.
Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana avtomobillərlə yük gətiriblər
Caspian Energy Media Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya – Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.
2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib. Bununla da Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları coğrafiyası daha da genişlənərək yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.
Orta Dəhlizə yeni yüklərin cəlb olunması müzakirə edilib
Özbəkistanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin Dəmir Yollarının sədri Zufar Narzullayev və Tacikistan Dəmir Yolllarının sədri Komil Mirzoali ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib.
Caspian Energy Media ADY-ə istinadən xəbər verir ki, görüşdə dəmir yolu sahəsində sıx əməkdaşlıq, eyni zamanda Orta Asiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətləri üzrə yük dövriyyəsinin artırılması imkanları və bu imkanların dünya bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.
Görüşün sonunda tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
25 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə VNG şirkəti arasında təbii qaz və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Caspian Energy Media SOCAR-a istinadən xəbər verir ki, sənəd təbii qazın təchizatı imkanlarının araşdırılması və qaz infrastrukturundan istifadə üzrə təcrübə mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən, tərəflər həmçinin bərpa olunan enerji və karbonsuzlaşdırılmış qazlara keçidi nəzərdə tutan layihələr üzrə əməkdaşlıq imkanlarını araşdıracaqlar.
AZAL Once Again Named Best Airline in Central Asia and CIS
Azerbaijan's national air carrier, AZAL, has once more secured the title of Best Regional Airline in Central Asia and CIS at the Skytrax World Airline Awards 2024.
The Skytrax award ceremony, a prestigious event held in London, took place June 24, Caspian Energy Media reports with reference to AZAL.
It is also worth mentioning that Azerbaijan Airlines holds a 4-Star rating from Skytrax. This rating is based on an independent audit that evaluates the quality of services provided by the airline both in the air and on the ground.
Ilham Aliyev received Under-Secretary-General of the United Nations and Executive Director of UN Environment Programme
President of the Republic of Azerbaijan Ilham Aliyev received Under-Secretary-General of the United Nations and Executive Director of the United Nations Environment Programme Inger Andersen, Caspian Energy Media reports with reference to the official website of the President of Azerbaijan.
Ilham Aliyev received President of Asian Development Bank
President of the Republic of Azerbaijan Ilham Aliyev received President of the Asian Development Bank Masatsugu Asakawa, Caspian Energy Media reports with reference to the official website of the President of Azerbaijan.
Dünya birjalarında neft ucuzlaşıb
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,09 dollar azalaraq 85,16 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,11 dollar azalaraq 80,79 dollar təşkil edib.