Super User
UEFA Gürcüstan Futbol Federasiyasını 46 min avro cərimələyib
UEFA Gürcüstan Futbol Federasiyasını (GFF) 46 min avro cərimələyib.
Caspian Energy Media "Report"-a istinadən xəbər verir ki, GFF Almaniyada təşkil edilən AVRO-2024-ün qrup mərhələsinin Türkiyə millisi ilə oyununda (1:3) gürcü azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və iğtişaş törətməsi səbəbindən 36,25 min avro cərimələnib. Portuqaliya ilə görüşdə (2:0) isə azarkeşlər meydana çıxıb və pirotexniki vasitələrdən istifadə ediblər. GFF buna görə daha 9,75 min avro cərimələnib. Beləliklə, ümumi məbləğ 46 min avro olub.
2026-cı ildə Azərbaycan Respublikası Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Bakı, 27 iyun 2024-cü il BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı direktoru xanım İnger Andersenin Bakıya rəsmi səfəri çərçivəsində UNEP və Azərbaycan Respublikası tərəfindən 2026-cı ildə ölkədə Ümumdünya Ətraf Mühit Gününün keçiriləcəyi elan edilmişdir.
Caspian Energy Media cop29.az-a istinadən xəbər verir ki, 5 iyun 2026-cı il tarixində Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ətraf mühit ilə bağlı əməkdaşlığı və məqsədyönlü fəaliyyəti ehtiva edən ən böyük qlobal platformadır. 2026-cı ildə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Günü çərçivəsində əsas diqqət iqlim dəyişmələri ilə bağlı məsələlərə yönəldiləcək.
SOCAR-ın prezidenti Bolqarıstanın energetika naziri ilə görüşüb
1 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bolqarıstan Respublikasının energetika naziri Vladimir Malinov ilə görüşüb.
Caspian Energy Media SOCAR-a istinadən xəbər verir ki, söhbət zamanı enerji sahəsində əməkdaşlığın cari vəziyyəti, ölkəmizdən Bolqarıstana qaz ixracı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Президент Кыргызстан встретился с Генеральным секретарем ООН
2 июля, в государственной резиденции в Чолпон-Ате состоялась встреча президента Кыргызстан Садыра Жапарова и Генерального секретаря ООН Антониу Гутерриша, прибывшего с визитом в Кыргызстан.
Об этом сообщает Caspian Energy Media со ссылкой на Официальный сайт Президента Республики Кыргызстан.
ADY ilə Çin arasında memorandum imzalanıb
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin Xalq Respublikasının Szyansu əyaləti hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Caspian Energy Media ADY-ə istinadən xəbər verir ki, görüşün yekunu üzrə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum tərəflər arasında dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli əlaqələrin inkişafı və Orta Dəhliz üzrə daşımaların həcminin artırılmasına xidmət edəcək.
Qeyd edək ki, Szyansu əyaləti ilə əməkdaşlıq çərçivəsində Çinin bu bölgəsindən Azərbaycana ilk blok qatarı iyunun 20-də yola düşüb və yaxın günlərdə Bakıya çatacaq.
"STP Şirkətlər Qrupu" yeni körpünün inşasında iştirak edir
“Caspian Energy Media”ya STP Şirkətlər Qrupu tərəfindən verilən məlumata görə, “Bakı Ağ Şəhər” Zaman meydanı layihəsi çərçivəsində inşa edilən piyada körpüsünün 8 ədəd seqmenti STP qrupa daxil “SOCAR STP” MMC-də hazırlanıb.
"STP Şirkətlər Qrupu"na daxil olan “SOCAR STP” MMC separatorlar, yüksək gərginlikli elektrik qülləli işıq dirəkləri, 200 tona qədər yerüstü kranlar, portal kranlar, dəniz kranları, istilik dəyişdiricilər, flanslar (dupleks, blind), dişli çarxların və hazır sxemlər (cizgilər) əsasında bir çox detalların (3-5 oxlu Torna / Frezləmə) istehsalını həyata keçirir. Həmçinin ağır mühəndislik kimi xidmətlər təklif edir.
STP-nin təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və yaxud sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.
https://caspianenergy.net/index.php/ru/journal-archive-ru/itemlist/user/43-superuser?start=2240#sigProGalleria7bf066a9fb
Узбекистан активно наращивает сотрудничество с ООН и ее институтами
Президент Республики Узбекистан Шавкат Мирзиёев 1 июля в резиденции «Куксарой» провел встречу с Генеральным секретарем Организации Объединенных Наций Антониу Гутерришем, пребывающем в нашей стране с официальным визитом. Об этом сообщает Caspian Energy Media со ссылкой на Официальный сайт Президента Республики Узбекистан.
Azərbaycanda yüksək vəzifəli şəxs istefa verib
İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov işdən çıxıb.
Caspian Energy Media "Report"a istinadən xəbər verir ki, o, "Azərbaycan Sənaye Sığorta" ASC-nin Direktorlar Şurasının sədri vəzifəsinə təyinat alıb. İndiyə qədər bu vəzifəni Rafiq Şahverdiyev icra edirdi.
İSB-nin rəhbərliyinə isə hələ ki, təyinat olmayıb.
Ильхам Алиев принял участие в церемонии сдачи в эксплуатацию танкера «Зангилан»
2 июля Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в церемонии сдачи в эксплуатацию танкера «Зангилан», построенного на Бакинском судостроительном заводе по заказу Закрытого акционерного общества «Азербайджанское Каспиб йское морское пароходство».
Об этом сообщает Caspian Energy Media со ссылкой на president.az.
CEO MeetUp Logistics & Trade keçiriləcək
İyulun 11-də “Caspian Energy Club”ın və Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası təşkilatçılığı ilə CEO MeetUp Logistics &Trade baş tutacaq. Bu barədə “Caspian Energy Club”ın sədrinin birinci muavini və qrupun baş maliyyə direktoru Rasim Mahmudov bildirib.
Tədbir çərçivəsində ixrac (prosedurlar, coğrafiya, gözləntilər), idxal, distribusiya, logistika şirkətləri ilə işdə istehlakçıların təcrübəsi, həmçinin, nəqliyyat ekspedisiyası, anbar menecmenti, avtodaşınmalar və logistikada sığortanın əhəmiyyəti kimi mövzular müzakirə olunacaq.
Müzakirələrdə aqrosənaye, qida və inşaat sahəsində, eləcə də iqtisadiyyatın digər sektorlarında ixrac-idxal əməliyyatları ilə məşğul olan şirkət rəhbərləri, həmçinin logistika, anbara yerləşdirmə, gömrük rəsmiləşdirilməsi sahəsində fəaliyyət göstərən aparıcı şirkət rəhbərləri iştirak edəcəklər.
“Tədbir logistika xidmətində istehsalçı və istehlakçı arasında daimi və səmərəli dialoqun qurulması, iqtisadiyyatın bu sektorunda xidmətin optimallaşdırılması və təkmilləşdirilməsi baxımından faydalı platformaya çevriləcək ”, - deyə Rasim Mahmudov bildirib.
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının sədri Kamran Həbibovun sözlərinə görə isə, görüşdə logistika üzrə müxtəlif sahələrdə bütün səviyyələrdən olan mütəxəssislərin bir araya gəlməsi ilk növbədə çox böyük networking imkanı yaradacaqdır. Həmçinin iş prosesi əsnasında qarşıya çıxan mövcud problemlərin həlli yollarının müzakirəsi, təcrübə mübadiləsi və digər məsələlər görüşün məhsuldar keçməsinə şərait yaradacaqdır.