Пятница, 17 Январь 2025 13:15

SOCAR-ın prezidenti Liviyanın Azərbaycandakı səfiri ilə görüşüb

16 yanvar 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Liviya Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd olunub. Bu xüsusda, SOCAR ilə Liviyanın Milli Neft Şirkəti arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində müzakirələrin aparıldığı vurğulanıb.

Söhbət zamanı treydinq və hasilat layihələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” "SOCAR"-a istinadən xəbər verir.

 

Read 22 times Last modified on Пятница, 17 Январь 2025 11:31

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ