Вторник, 14 Январь 2025 19:48

SOCAR Türkiyədə qazpaylayıcı şəbəkələrinin satışı ilə bağlı sövdələşməsini yekunlaşdırıb

Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrə olunmuş sənaye qrupu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə”nin tərkibində fəaliyyət göstərən təbii qaz paylayıcı “Bursaqaz” və “Kayseriqaz” şirkətlərinin satışı ilə bağlı sövdələşmə yekunlaşdırılıb.

“Bursaqaz” və “Kayseriqaz” şirkətləri satış prosesinin tamamlanması ilə bağlı yeni sahibi “AKSA Enerji” şirkəti tərəfindən idarə olunacaq. Qeyd edək ki, 2019-cu ildən “SOCAR Türkiyə”nin idarəçiliyi altında fəaliyyət göstərən “Bursaqaz” və “Kayseriqaz” öz məsuliyyət zonalarında təxminən iki milyon abunəçiyə təbii qaz paylanması xidmətlərini göstərir.

Bu barədə “Caspian Energy Media” “SOCAR Türkiyə”yə istinadən xəbər verir.

 

 

Read 10 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ