SOCAR-ın Baş ofisində “Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə SOCAR-ın məsul şəxsləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və 22 qeyri-hökumət təşkilatının nümayəndələri iştirak ediblər. Əvvəlcə qonaqlar SOCAR-ın Baş ofisində Azərbaycan Nefti sərgisi ilə tanış olublar.
Tədbir iştirakçılarını salamlayan SOCAR-ın Sosial məsuliyyət departamentinin rəis müavini Mirsahib Musayev departamentin fəaliyyətindən, qarşıya qoyulan hədəflərdən, o cümlədən vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi üzrə nəzərdə tutulan tədbirlərdən bəhs edib.
Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.