Вторник, 17 Декабрь 2024 15:40

Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikməyi planlaşdırır

“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Daşkənd vilayətinin Bostanlıq rayonunda “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzinin layihəsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

E.Ağalarov və bir sıra digər iri investisiya şirkətləri Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini tikməyə hazır olduqlarını bildiriblər.

Mirziyoyev bu təklifi dəstəkləyib, mərkəzin qabaqcıl beynəlxalq təcrübə əsasında layihələndirilməsi və mərhələli şəkildə tikintisinin zəruriliyini qeyd edib.

Bu barədə “Caspian Energy Media” Özbəkistan Prezidentinin rəsmi saytına istinadən məlumat yayıb.

 

Read 38 times Last modified on Вторник, 17 Декабрь 2024 13:28

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ