Tuesday, 17 September 2024 16:22

Fərid Qayıbov Hindistana səfər edib

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının IX Sessiyası (COP9) Bürosunun vitse-prezidenti olaraq Hindistana səfər edib. Səfər zamanı Fərid Qayıbov Hindistanın Yeni Dehli şəhərində keçirilən COP9 Bürosu və Təsdiq Komitəsi üzvlərinin birgə iclasında iştirak edib.

“Caspian Energy Media” bu barədə nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

Nazir Fərid Qayıbov səfər çərçivəsində hindistanlı həmkarları – gənclərlə iş və idman naziri Mansux Mandaviya, gənclərlə iş və idman üzrə dövlət naziri Rakşa Nikhil Xadse ilə görüşüb. Görüş zamanı həm gənclər, həm də idman sahəsində iki ölkə arasında mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Read 172 times

 

NEWS