Tuesday, 23 July 2024 10:18

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

İyulun 22-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Azərbaycan İdman Akademiyasının akt zalında təşkil edilən seçkidə 12 namizəd arasından aşağıdakı 7 nəfər gizli səsvermə yolu ilə İctimai Şuranın üzvü seçilib:

Abdullayeva Səbirə Ağarəsul qızı (Azərbaycan Tennis Federasiyası), Əliyev Fərhad Vaqif oğlu (Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası), Məmmədli Elnur Çingiz oğlu (Azərbaycan Cüdo Federasiyası), Mikayılova Könül Mövlam qızı (Azərbaycan Stolüstü Tennis Federasiyası), Dadaşova Güldanə Abseyin qızı (Azərbaycan Gənclər Parlamenti Azərbaycan İB), Həbibzadə Ramin Zahid oğlu (Dünya Azərbaycanlıları Gənclərin İB), Salmanlı Aynurə Mahir qızı (Gənclərin Maarifləndirilməsinə Dəstək İB).

Read 142 times

 

NEWS