Friday, 19 July 2024 15:43

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mətbuat nümayəndələri üçün brifinq keçirilib

Yol hərəkəti haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mətbuat nümayəndələri üçün brifinq keçirilib.

Caspian Energy Media nazədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ölkəmizdə mobillik və ictimai nəqliyyat sisteminin daha da səmərəli təşkili, avtobus parkının yenilənməsi, sərnişin və yükdaşımalarında keyfiyyətin yüksəldilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin müasir standartlara uyğunlaşdırılması, ekoloji təmiz nəqliyyat vasitələrinin, eləcə də mikromobillik vasitələrinin təşviqi prioritet məsələlər kimi daim diqqət mərkəzində saxlanılır.

Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Daha ətraflı

Read 432 times

 

NEWS