Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə səfərdədir.
Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinə ticarət naziri Ömər Bolat, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç daxildir.
Ərdoğan Türkiyənin də üzv olduğu İnkişaf Edən Səkkiz Ölkə (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Bu barədə “Caspian Energy Media” “Anadolu” agentliyinə istinadən xəbər verir.