Cümə axşamı, 19 Dekabr 2024 16:35

Qazaxıstan Prezidenti Euronews İdarə Heyətinin sədri ilə görüş keçirdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Euronews İdarə Heyətinin sədri Pedro Vargas David ilə görüş keçirib. Bu barədə “Caspian Energy Media” Qazaxıstan Prezidentinin rəsmi saytına istinadən xəbər verir.

Görüş zamanı tərəflər Qazaxıstan ilə dünyanın aparıcı çoxdilli yayım şirkətlərindən biri olan Euronews arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Prezident Tokayev Euronews-un regional ofisinin açılmasını çox mühüm hadisə kimi qiymətləndirib və bunun Qazaxıstanın iqtisadi, mədəni və turizm potensialını, eləcə də bütövlükdə Orta Asiyanı dünya auditoriyasına tanıtmaq üçün yeni imkanlar yaradacağını vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bu media platforması region ölkələri ilə Avropa İttifaqı arasında dialoqun və qarşılıqlı anlaşmanın inkişafına töhfə verəcək.

Read 9 times Last modified on Cümə axşamı, 19 Dekabr 2024 12:43