Oktyabrın 3-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Qətər Dövlətinin Doha şəhərində Tailand Krallığının Baş naziri Paetongtarn Şinavatra ilə görüşmüşdür.
Görüşdə Tacikistan və Tailand arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Bu barədə “Caspian Energy Media” Tacikistan prezidentinin rəsmi saytına istinadən məlumat yayıb.