İran İslam Respublikasının yeni seçilmiş prezidentinin Tehranda andiçmə mərasimi münasibətilə keçirilən tədbirlər çərçivəsində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon İran İslam Respublikası İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.
Caspian Energy Media Tacikistan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Tacikistan və İran arasında dostluq əlaqələrinin və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsi və davamlı inkişafı ilə bağlı səmərəli müzakirə olub.