Bazar ertəsi, 30 Sentyabr 2024 16:19

“Turistik Kənd” layihəsinə start verilib

Dövlət Turizm Agentliyi və ƏƏSMN-nin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə turizm potensialı yüksək olan kəndlərdə turizm üzrə fəaliyyətin dəstəklənməsi və özünüməşğulluğun artırılması məqsədilə kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi üzrə “Turistik Kənd” layihəsinə start verilib.

“Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, layihə üzrə yerli və xarici turistlər üçün alternativ yerləşmə yerlərinin yaradılması ilə kənd turizminin inkişafı, eləcə də yerli icmaların və turizm fəaliyyəti ilə məşğul olan ailə təssərrüfatlarının rifahının yaxşılaşdırılması hədəflənir.

Read 235 times