Qazaxıstan Respublikası Baş nazirinin müavini Kanat Bozumbayev Almaniya Federativ Respublikasından olan həmkarları ilə bir sıra danışıqlar aparıb.
Bu barədə “Caspian Energy Media” Qazaxıstan Respublikası Hökumətinin Mətbuat Xidmətinə istinadən məlumat yayıb.
Tərəflər Mərkəzi Asiyada Davamlı Kənd Təsərrüfatı üzrə Regional Mərkəzin Konsepsiyasını razılaşdırmaq barədə razılığa gəliblər.
Dəyirmi masa zamanı onlarla Almaniya şirkəti Qazaxıstanda əməkdaşlıq etmək və istehsal etmək arzusunda olduqlarını bildiriblər.