Qazaxıstanın baş naziri Oljas Bektenov Qazaxıstan-Gürcüstan Hökumətlərarası Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasının 12-ci iclasında iştirak etmək üçün Astanaya gələn Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Görüşdə nəqliyyat və logistika, kənd təsərrüfatı sənaye kompleksi, energetika, turizm və aviasiya sektoru kimi sahələrdə əməkdaşlıq, mədəni-humanitar əlaqələrin gücləndirilməsi müzakirə edilib.
Bu barədə “Caspian Energy Media” Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat verir.