Cümə, 16 Avqust 2024 10:57

Fransada yaşayan Azərbaycanlı rəssam medalla təltif olunub

Parisdə “Toğrul Nərimanbəyov” Assosiasiyasının (“Association de Togrul Narimanbekov”) rəhbəri, “Natəvan” həftəsonu məktəbinin müəllimi, görkəmli rəssam Əsmər Nərimanbəyova medalla təltif olunub. O, rəssamlıq sahəsindəki istedadı, yaradıcılığı və beynəlxalq arenada mədəniyyətin təbliğinə verdiyi töhfələrə görə Fransanın “Arts-Sciences-Lettres” Akademik Cəmiyyətinin yüksək mükafatına layiq görülüb.

Caspian Energy Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Ə.Nərimanbəyova həm Azərbaycan mədəniyyətini, həm də dünya incəsənətini zənginləşdirən əsərləri ilə tanınır. Əsərlərinin hər biri mövzu və janr rəngarəngliyi, estetik kamilliyi ilə fərqlənən azərbaycanlı rəssamın sərgiləri ölkəmizdə və onun hüdudlarından kənarda böyük maraqla qarşılanır.

 

Read 123 times