Çərşənbə, 07 Avqust 2024 15:18

Azərbaycanda təbii qaz ixracı 11 faizədək artıb

2024-cü ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21870,9 milyon kubmetr təşkil etmişdir.

Caspian Energy Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,təbii qaz üzrə ehtiyatların  27,5 faizi ölkə daxilində istehlak edilmiş, 59,8 faizi ixrac olunmuş, 2,5 faizi itkiyə getmiş, 10,2 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalmışdır.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,8 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 40,2 faizi isə əhaliyə satılmışdır.

2024-cü ilin yanvar-iyun aylarında 13079,6 milyon kubmetr və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çox təbii qaz ixrac edilmişdir.

Əhali tərəfindən 2420,4 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az təbii qaz istehlak edilmiş, onun 37,9 faizi Bakı şəhərinin,  3,1 faizi Naxçıvan Muxtar Respublikasının, 11,7 faizi Abşeron-Xızı, 6,0 faizi Gəncə-Daşkəsən, hər biri 5,7 faiz olmaqla Lənkəran-Astara və Mərkəzi Aran, 5,5 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,6 faizi  Şirvan-Salyan, 2,5 faizi isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşmüşdür.

Read 266 times