Cümə axşamı, 11 İyul 2024 11:14

İlin I yarısında 12,7 mlrd.kubmetr qaz ixrac olunub

Bu ilin I yarısında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 14,4 mln. ton, ixraca nəql edilən həcmlər isə 11,9 mln. ton olub.

Caspian Energy Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X”də bildirb.

Həmçinin bu dövrdə ötən ilin I yarımili ilə müqayisədə 4,3% artımla hasil edilmiş 25,1 mlrd.kubmetr qazın 12,7 mlrd.kubmetri ixrac olunub.

“Yanvar-iyun aylarında təxminən Avropaya 6,4 milyard kubmetr, Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 2,8 milyard kubmetr qaz nəql edilib. Bu ilin 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur”,- deyə nazir əlavə edib.

 

Read 323 times