Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu bu raundda İsrail təmsilçisi Peter Palçiklə qarşılaşıb.
Rəqibini vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb.