Cümə, 26 İyul 2024 15:51

İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşüb.

Caspian Energy Media İqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, tərəflər birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirib, İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi, ticarət, sənaye, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlığın təşviqinə dair fikir mübadiləsi aparıblar.

Read 334 times