Azərbaycan və İsrail “yaşıl enerji” sahəsində layihələri müzakirə edib.
Caspian Energy Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə keçirilən görüşdə karbohidrogen sektorunda inkişaf edən əməkdaşlığımıza, ölkəmizdə bərpa olunan enerji sahəsində istehsal və ixrac istiqamətlərində həyata keçirilən layihələrə və ikitərəfli enerji əlaqələrini möhkəmləndirəcək perspektivlərə dair müzakirələr apardıq”, - P. Şahbazov qeyd edib.
https://caspianenergy.net/index.php/az/caspian-energy-media/item/4219-az-rbaycan-v-israil-yas-l-enerji-layih-l-rini-muezakir-edib#sigProGalleria7f7ac32b98