Cümə axşamı, 18 İyul 2024 13:57

İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.

Caspian Energy Media Prezidentin mətbuat xidmətinə istinadla xəbər verir ki, dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlandı.

Read 118 times Last modified on Cümə axşamı, 18 İyul 2024 11:44