Cümə axşamı, 15 Avqust 2024 12:06

Prezident İlham Əliyev: Azərbaycan-Konqo münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Deni Sassu Nqessoya təbrik məktubu ünvanlayıb.

Caspian Energy Media Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, məktubunda Prezident Deni Sassu Nqessonu və onun simasında Konqo xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edən, ən xoş arzularını çatdırıb.

Azərbaycan Prezidenti belə bir əlamətdar gündə həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Konqo xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Daha ətraflı

Read 50 times