Avstriyaya işgüzar səfəri çərçivəsində Kamran Əliyev ölkəmizin prokurorluq orqanları ilə uzun illər ərzində səmərəli əməkdaşlıq edən Beynəlxalq Antikorrupsiya Akademiyasının yeni təyin edilmiş dekanı xanım Slaqyana Taseva ilə görüş keçirib.
Caspian Energy Media Baş Prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Akademiyada təhsil alan azərbaycanlı müdavimlərin sayının artırılması, tədris modullarının ölkəmizdə təşkil edilməsi, Baş prokuror yanında Elmi-Məsləhət Şurası ilə tədqiqat sahəsində əməkdaşlığın qurulması və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.