Çərşənbə, 07 Avqust 2024 16:24

Bakı hava limanı yeni rekorda yaxınlaşır: 2024-cü ilin 7 ayında 4 milyondan çox sərnişin

Heydər Əliyev Beynəlxalq Aeroportu yeni rekordlara imza atmağa davam edir. 2024-cü ilin iyul ayında hava limanı 6,171 uçuşda 815 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 23% çoxdur. Bu dövrdə bu rəqəm 663 min nəfər təşkil etmişdir.

Caspian Energy Media Aeroportun mətbuat xidmətinə istinadla xəbər verir ki, beynəlxalq marşrutlarda daşınan sərnişinlərin 52% xarici aviaşirkətlərin, qalanı milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 380 mindən çox, “Azərbaycan Hava Yolları”  351 min sərnişin daşıyıb. Bu dövrdə Naxçıvan istiqamətində isə milli aviadaşıyıcı tərəfindən 745 uçuş həyata keçirilib, 85 mindən çox sərnişinə xidmət göstərilib.

Ümumilikdə, 2024-cü ilin 7 ayı ərzində Bakı hava limanı 4,204 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2% çoxdur.

Daha ətraflı

Read 331 times Last modified on Çərşənbə, 07 Avqust 2024 13:25