“Qala Sığorta” ASC və “Qala Həyat Sığorta” ASC şirkətlərinin Direktorlar Şurasının sədri Aydın Rəhmanov “Caspian Energy Club”ın təşkil etdiyi B2G görüşdə Caspian Energy Media-ya müsahibə verib.
“Həm öz adımdan, həm də şirkətlər adından “Caspian Energy” brendini 25 illik yubileyi münasibətilə təbrik edirəm. Bizim birlikdə uzun fəaliyyət dövrümüz vardır. Başda Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev olmaqla bütün kollektivə dərin təşəkkürümü bildirir, gələcək fəaliyyət dövründə uğurlar arzu edirəm. Birlikdə daha çox nəaliyyətlərə! Bizim üçün etdiyiniz hər şeyə görə təşəkkürlər!”, - deyə Aydın Rəhmanov bildirib.
“Qala Sığorta” ASC 24 dekabr 1998-ci il tarixində “American International Group Inc. (AIG) və Azərbaycan şirkəti olan “AİG Caspian Insurance” Sığorta Şirkəti arasında Azərbaycanda və Gürcustanda müştərilərə xidmət göstərmək üçün birgə muəssisə yaradılmışdır.
“Qala Həyat Sığorta” ASC 13 041 600 AZN nizamnamə kapitalına malik olan ölkənin ən aparıcı həyat sığortası şirkətlərindən biridir. Şirkətin əsas səhmdarı aktivlərinin həcminə görə ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.