Bazar ertəsi, 30 Sentyabr 2024 14:24

Dövlət Vergi Xidməti və Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakıda təşkil olunan Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Beynəlxalq Valyuta Fondunun (BVF) Gəlirlər Administrasiyası Baş İdarəsinin müavini Margaret Kotton ilə görüş keçirib.

Görüşdə ölkəmizin BVF ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyi vurğulanıb, təşkilatın biznes mühitinin təkmilləşdirilməsi və dövlət – özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi istiqamətində reallaşdırılan layihələrə dəstəyinin əhəmiyyəti qeyd olunub.

Bu barədə “Caspian Energy Media” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Daha ətraflı

Read 208 times